Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud pnevmoniyaya yoluxub. “Zirvə yolu” xəbər verir ki, bu məlumatı Səudiyyə Ərəbistan KİV-i kral ofisinin bəyanatına istinadla yayıb.Bildirilib ki, o, Ciddədəki Əl-Salam sarayındakı ixtisaslaşdırılmış klinikada antibiotik müalicəsi kursuna başlayacaq.88 yaşlı monarx bazar günü Əl-Salam sarayında qızdırma və oynaq ağrılarından şikayət edərək tibbi müayinədən keçib. Müayinədən sonra onun səhhətinə nəzarət edən həkim qrupu müalicə üçün xəstəxanaya yerləşdirməyə qərar verib.