Dünya

Husilər Ədən körfəzində gəmi əleyhinə ballistik raket atıblar

Yəmənin “Ansar Allah” üsyançı husilər hərəkatı Ədən körfəzi istiqamətində gəmi əleyhinə bir ballistik raket buraxıb.”Zirvə yolu” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.”Təxminən saat 21:35-də (Bakı vaxtı ilə saat 22:35-də) İranın dəstəklədiyi husilər Yəməndə nəzarətləri altında olan ərazidən Ədən körfəzi üzərindən gəmi əleyhinə bir ballistik raket buraxıblar”, – bəyanatda deyilir.Raketin bölgədəki koalisiyanın döyüş gəmilərinə və ticarət gəmilərinə zərər vermədiyi qeyd olunur.

Paylaş: