Papua – Yeni Qvineyada 5,3 maqnitudada zəlzələ olub.“Zirvə yolu” xəbər verir ki, bu barədə Avstraliyanın Dövlət Geoloji bürosu məlumat yayıb.Məlumata görə, zəlzələnin episentri Morobe əyalətinin inzibati mərkəzi, 40 mindən çox insanın yaşadığı Lae şəhərindən 193 km şimal-qərbdə, ocağı təxminən 70 km dərinlikdə yerləşib.Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.