Dünya Manşet

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər seçkilərə qədər İran Prezidenti vəzifəsini icra edəcək.“Zirvə yolu” TASS-a istinadən xəbər verir ki, bu barədə IRIB telekanalı məlumat yayıb.İran KİV-lərinin məlumatına görə, M.Möhbər İran Xüsusi Şurası tərəfindən təşkil olunacaq yeni prezident seçkilərinə qədər, yəni 50 gün ərzində prezident vəzifəsini icra edəcək.Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

Paylaş: