İdman

Foden “Mançester Siti” klubunun tarixinə düşüb

Fil Foden İngiltərənin “Mançester Siti” klubunun tarixinə düşüb.”Zirvə yolu” “Squawka”ya istinadən xəbər verir ki, futbolçu cari mövsümdə cərimə meydançası xaricindən 6 qola imza atıb ki, bu, “Mançester Siti”nin Premyer Liqa tarixində ən yaxşı göstəricisidir.23 yaşlı yarımmüdafiəçi bu rekordu Premyer Liqanın 38-ci turu çərçivəsində baş tutan “Vest Hem” klubu ilə matçda müəyyənləşdirib. “Etihad” stadionunda keçirilən matç mançesterlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Foden 18-ci dəqiqədə komandasının ikinci qolunu vuraraq dubl müəllifi olub.Qeyd edək ki, bu mövsüm Foden bütün yarışlarda meydana çıxdığı 50 oyunda 26 qola və 11 məhsuldar ötürməyə imza atıb.

Paylaş: