“Türkiyəyə uyğun qiymətlərlə təyyarə təklif etməyə hazırıq”.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev açıqlama verib. O bildirib ki, məsələ ilə bağlı Ankara ilə danışıqlar davam etdirilir.
”Türkiyəyə rəqabətcil qiymət təklif etməyə hazırıq” – deyən Şuqayev, Ankara ilə müxtəlif hərbi texnikaların satışına dair müzakirə apardıqlarını ifadə edib.