Almaniyanın ən böyük supermarketlər şəbəkəsindən olan “Lidl” mağazalarında Azərbaycan istehsalı olan “Selected” araqları satışa çıxarılıb. Dia-az.info xəbər verir ki, bu barədə Avropada yaşayan tanınmış jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.
“Şüşəsi 9.99 avrodur” deyə xəbəri verən C.Həsənli daha sonra qeyd edir:
“Azərbaycan məhsulu üçün ciddi uğurdur.
“Lidl”in təkcə Almaniyada 3200-dən, ümumilikdə isə 30-dan artıq ölkədə 11500-dən çox filialı var”.(Dia-az.info)