Müdafiə Nazirliyi ağacəkmə aksiyasında iştirak edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, idarə və təşkilatları da qoşulub.
Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına və ətraf mühitin mühafizəsinə kömək məqsədilə keçirilən ağacəkmə aksiyasında Müdafiə nazirliyinin rəhbərliyi də iştirak edib.
Azərbaycan Ordusunun hərbi hissələrində təşkil olunan aksiyada ümumilikdə 70 minədək müxtəlif ağac növləri əkilib.