Cəmiyyət

Azərbaycanda unun qiyməti QALXDI: Çörək BAHALAŞACAQ – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda un bahalaşıb. Bildirilib ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb. Bəs Azərbaycanda unun bahalaşması qiymətin qalxmasına səbəb olacaq?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq cəfərli Sonxeber.az-a açıqlama verib. Onun sözlərinə görə, unun qiyməti qalxırsa, çörəyin bahalaşması qaçınılmazdır:

“Unun qiyməti artırsa, bu un məmulatların qiymətinə təsirsiz ötüşməyə bilməz. Çünki xammal undan ibarətdir. Hətta çörəyin maya dəyərinin 80 faizi unun qiymətindən asılıdır. Unun qiymətnin qalxması çörəyin bahalaşmasına səbəb olacaq. Bu qaçınılmazdır. Sadəcə olaraq Azərbaycanda spesifik bir xüsusiyyət var. Bəzən bizdə qiymət yerində qalır, amma çörəyin çəkisi azalır. Əslində bu da bir növ qiymət artımı deməkdir. Formal olaraq qiymət artırmasalarda, çəkinin azaldılması yolu il qiymətə təsir edirlər”.

Qeyd edək ki, sözügedən qiymət artımını artıq satıcılar da təsdiqləyirlər. Qiymət artımına əsas səbəb isə məhsulun azlığı göstərilir.

Paylaş: