Dünya

ABŞ-da hərbi bazaya silahlı hücum: 3 ölü, 8 yaralı

ABŞ-ın Florida ştatında donanmaya aid bazaya silahlı hücum olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində 3 nəfər ölüb, 8 nəfər isə yaralanıb. Hücumu təşkil edən şəxs öldürülüb. Hadisənin ardından Səudiyyə Ərəbistanı vətəndaşı olan 6 nəfər saxlanılaraq, dindirilib. Bazaya giriş-çıxış bağlanılıb.

Hadisənin səbəbi və hücumu törədən şəxsin kimliyi hələlik açıqlanmayıb. Qeyd olunur ki, bazada 16 mindən çox əsgər, 7400 isə mülki şəxs xidmət aparır.

ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı açıqlama verərəkən, Səudiyyə kralı ilə bu məsələni telefonda müzakirə etdiyini deyib.

“Kral Salman ibn Əbdüləziz əl-Səud sözügedən şəxsin hücumuna görə Səudiyyə xalqının çox əsəbi olduğunu söylədi və bu adamın heç bir şəkildə Amerika xalqına sevgi bəsləyən Səudiyyəlilərin hislərini əks etdirmədiyini bildirdi”, – deyə Tramp bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir