“Araz Supermarket”in palçıqlı kartof satması müzakirələrə səbəb olub.
Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında jurnalist Elman Cəfərli məlumat paylaşıb.
“”Araz Supermarket”də qəşəng palçıq satılır. Endirimdədir, tələsin. Çox keyfiyyətli palçıqdır. Arasında kartof da var, eybi yox, onu təmizləyib atmaq olar. Bu kartofları bir-bir məhsulu bu şəkildə alıcıya təklif edən işbazın təpəsinə vurasan” – jurnalist qeyd edib .(Pravda.az)