Venesuelanın xalq qoşunu sıralarında olan vətəndaşların sayı 3,3 milyon nəfərə çatıb.
TASS xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro La-Quayra şəhərində tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
“Bu gün mən Venesuelaya və bütün dünyaya elan edə bilərəm ki, xalq qoşunun sayı 3 milyon 300 min nəfərə çatıb”, – deyə Maduro qeyd edib.
Dövlət başçısının sözlərinə görə, bütün döyüşçülər yaxşı hazırlanıb və silahlanıb:
“2020-ci ildə hədəf – qoşun sayını 4 milyon nəfərə çatdırmaqdır”.