Cəmiyyət

“Optimal Finance” BÖHRAN İÇİNDƏ – xalis zərəri yarım milyona çatıb

“Optimal Finance” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ötən ili zərərlə başa vurub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, BOKT ötən ilin sonu 472 000 manat xalis zərərlə üzləşib.

Şirkət 2022-ci ili 424 000 manat xalis mənfəətlə başa vursa da, 2023-cü ildə zərərə düşüb.

2022-ci ildə şirkət vergiyəqədər mənfəət əldə etsə də, ötən il vergiyəqədərki zərəri 520 000 manata yaxınlaşıb.

Hesabat dövründə BOKT-nin cəmi aktivləri isə 2,436 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 31,4 faiz az deməkdir.

Eyni zamanda ötən il “Optimal Finance”nin kredit portfeli 64,1 faiz kiçilib. Şirkətin yuxarıda qeyd olunan cəmi aktivlərinin 814 milyon manatını kredit portfeli təşkil edib.

Qeyd edək ki, “Optimal Finance” 2020-ci ilin sentyabrında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1 000 000 manatdır. Qanuni təmsilçisi isə Əliyev Laçın Şükür oğludur.

Paylaş: