“SOCAR Təhlükəsizlik idarəsinin rəisi İlkin Rəhimov idarəni öz “qanunları” ilə idarə etəkdə davam edir və SOCAR müvafiq sahə üzrə məsul qurumlar susmaqda davam edir. Səbəb?” Dia-az.İnfo xəbər verir ki, bunu öz etirazında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı ifadə edib.
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti(ARDNŞ) dövlətə məxsusdur və dövlət qanunları ilə idarə olunmalıdır” deyə fikrini vurğulayan NHMT sədri daha sonra əlavə edib:
“Belə ki:
İdarə rəisi cənab İlkin Rəhimov işçi Quliyev Vüsala məcburi ərizə yazdıraraq ,onu 17 ildən artıq işlədiyi 35-ci komandadan (sıravi işçi)30 saylı komandaya göndərib. Vusalın iş yerinin məcburi dəyişdirilməsinə səbəbini isə ,onun əmisi oğlunun(sıravi işçi) da həmin bölmədə işləməsi olub( rəis müavini cənab Şaiq Qurbanovun qeyri qanuni əsaslandırması əlavədə????)
Bu halda #SOCARTəhlükəsizlikIdarəsinin rəisi İlkin Rəhimov və onun müavini Şaiq Osmanov üçün marifləndirmə, yada salma və məlumatlandırma.:
_Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunu. 7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
Yəni ki,cənab rəis müavininin yazdığı cavab( əlavə olunub) ,sıravi işçilərə deyiL, rəislərə aiddir ,rəislərə…
Və unutmayın ki, yazdığınız əsaslandırılmamış,qanuna söykənməyən cavabı yalnız SOCAR işçiləri(onlar görüb və susub) deyil, çoxlu sayda sahə üzrə peşəkarlar da oxuyur!!!!
Nəticə:
-İşçiyə məcburi qol çəkdirilmə vasitəsi iə,onun iş yerinin məcburi yerdəyişdirilməsi qeyri qanunidir. Heç bir qanunla tənzimlənmir.
-SOCAR rəhbərliyi həmişə olduğu kimi ölkə qanunvericiliyini pozan işəgötürəni cəzasız qoyub
-İşçinin işəgötürən tərəfindən heç bir qanuna söykənməyən yerdəyişmə sənədinə qol çəkməsi onun məhkəmə vasitəsilə hüququnun müdafiəsini məhdudlaşdırıb…”