Hazırda İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Möhbər növbədənkənar prezident seçkilərində iştirak etmək niyyətində deyil.
Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.
Agentliyin mənbəsinin sözlərinə görə, M.Möhbər tərəfdarlarının çağırışlarına baxmayaraq, namizədliyini irəli sürməməyə üstünlük verib.
Onun qərarının səbəbləri açıqlanmayıb.
Xatırladaq ki, İranda növbədənkənar prezident seçkilərinə namizədlərin qeydiyyatı mayın 30-u başlayıb və bu gün başa çatır. Namizədlərin yekun siyahısı isə iyunun 11-i açıqlanacaq. Seçkiqabağı kampaniya iyunun 12-dən 26-na qədər keçiriləcək. Seçki isə iyunun 28-i təşkil ediləcək. Ehtiyac olarsa, seçkilərin ikinci turu iyulun 5-i baş tutacaq.