Həmişə maraqlı yazıları ilə diqqət çəkən, Cabbar Məmmədov yenə ənənəsinə sadiq qalaraq redaksiyamıza olduqca aktual bir mövzuda araşdırma yazı göndərib. C.Məmmədov öz yazısında heç kimin diqqət vermədiyi “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında” mövcud qanunvericiliyin digər qanunlarla ziddiyyət təşkil etməsini konkret faktlarla ortaya qoyur. C.Məmmədov bu uyğunsuzluğun əksər hallarda qanunsuzluğa aparıb çıxardığını da araşdırıb, bunun aradan qaldırılması məqsədilə müraciət şəklində bir çox qurumların rəhbərlərinə sorğu da göndərib. Yazının olduqca aktual olduğunu və geniş maraq döğuracağını nəzərə alıb, onu olduğu kimi “Təzadlar”ın oxucularına da təqdim edirik:
XÜSUSİ QEYD: …Tədbir görülməsi üçün bu yazı “Müraciətlərə baxılması haqqında” AR Qanununun 7.13 maddəsinin tələblərinə uyğun olaraq barələrində şikayət olunan, şübhə olan, ittiham irəli sürülən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və TƏBİB-ə göndərilə bilməz!
Əvvəlcədən qeyd edim ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin nəticəsi olaraq bu gün Azərbaycanın hər bir vətəndaşı tibbi sığortalıdır. Zahirən müsbət hal kimi görünsə də, əslində, bir çox sahədə olduğu kimi, burada da vacib olan elə zəruri məqamlar “iqnor” edilib ki, nəticədə mürəkkəb bir sistem ortaya çıxıb. Bu da özlüyündə korrupsiyanın olmasına müəyyən şübhələr yaradır. Problem burasındadır ki, ölkənin tibbi sığorta bazarında çoxdan fəaliyyət göstərən onlarla tibbi sığorta şirkəti mövcud olduğu halda (“Paşa Sığorta”, “Ağroup”, “Axa Mbask”, “Atəşgah sığorta”, “Ata sığorta” və s.), bu agentlik ölkənin bütün böyük şirkətlərini məcbur edir ki, öz işçilərini, ancaq bir sığorta şirkətində sığortalamalıdırlar. Bu sığorta şirkətinin də ölkədə çox yüksək bir ranqlı şəxslə bağlı olması barədə mətbuatda çox yazılıb, çox deyilib…
Özü olub adı olmayan fövqəladə sığorta şirkəti…
Qeyd edim ki, “məcbur edir” dedikdə, bunu qanunvericilik, Prezident tərəfindən imzalanmış Əsasnamələr və s. vasitəsilə etdikləri nəzərdə tutulur. Baxmayaraq ki, bu hal AR-nın bir çox qanunvericilik aktları ilə açıq-aşkar ziddir. Buna baxmayaraq, həmin Agentlik adı gedən xidmətləri tender, müsabiqə və kotirovka üsulu ilə bazardan almaqdan qəti imtina edir, tək mənbə üsulu ilə işləməkdə qəti israrlı olduğunu birmənalı olaraq bəyan edir. Nəticədə isə, uduzan ölkə həkimləri, ölkə əhalisi və ölkə iqtisadiyyatı olur.
Ölkə həkimlərinin bu sığorta sistemindən narazılığını istənilən dövlət xəstəxanasının həkimi ilə söhbətdən öyrənə bilərsiniz.
Yeri gəlmişkən, tezadlar.az saytının 18 may 2023-cü il tarixli buraxılışında bu barədə maraqlı yazı dərc olunmuşdur. Həmin yazıdan kiçik bir hissəni yenidən təqdim edirik:
“Tanınmış Professor Aidə Qasımova da bu problemə maraqlı yanaşma ilə diqqəti çəkir. Sitat:”…Müəllim həmkarım deyir ki, icbari tibbi sığortaya verdiyi pul boş-boşuna sığorta şirkətinin kisəsinə gedir. Çünki onun həmişə müraciət etdiyi klinika sığorta ilə işləmir, dövlət klinikalarında isə növbə baş yarır. “Özüm də bilmirəm ki, mən hər ay nəyə görə sığorta şirkətinə 86 azn ödəyirəm? Əgər pulu mən ödəyirəmsə, niyə istədiyim klinikaya gedə bilmərəm?” Həkim rəfiqəm isə şikayətlənib deyir ki, xəstənin kassaya ödədiyi puldan ona cəmi bir-iki faiz, adətən 2-3 manat pul düşür. Ödənişin böyük hissəsi sığorta şirkətinin hesabına gedir. Orada xəstə şikayətçidir, burada həkim, ortada qazanan isə sığorta şirkətləridir. Sivil dünyada işçi öz sığorta hesabının sahibidir və istədiyi klinikada müayinə və müalicə oluna bilər. O istəsə, hətta ailə üzvlərini də öz sığorta kartı ilə müalicə etdirə bilər. Həkimlərə gəlincə, onlar ən yüksək maaşı alırlar. Məs. ABŞ-da bu rəqəm ildə təxminən 160 000 — 200 000 dollardır. Tibbi sığorta adı ilə insanların cibinə girmək… Vallah, ayıbdır…”.
Bunun əksinə olaraq özəl sığorta şirkətləri ilə işləyən heç bir həkimdən bu narazılığı eşidə bilməzsiniz…
***
…Ölkə əhalisinin isə bu sığorta sistemindən narazılığını sadə bir statistika ilə müəyyən edə bilərsiniz: Yu

