Sosial

Xaçmazda sakinlərin ƏSAS DƏRDİ… – “Şəmsəddinin 15 ilə qurduğunu…”

Xaçmaz sakinləri hazırki icra başçısı Elnur Rzayevin fəaliyyətindən heç də razı deyillər. Bu barədə Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir. Müraciət müəllifi olan sakinlərin sözlərinə görə, E.Rzayev vəzifəyə təyin olunandan sonra əvvəldən rayonda qurulan bütün gözəlliklər az qala düşməncəsinə məhv edilib.

Sakinlər yazır: “Şəmsəddin Xanbabayevin özünə 15 ilə qurduğu şəraiti Elnur Rzayev özünə 2-3 ilə qurdu… Amma Şəmsəddin Xanbabayevin 15 ilə gözəlləşdirdiyi Xaçmazı Elnur Rzayev 2-3 ilə VİRAN QOYDU…”

Qeyd edək ki, bir başqa müraciət də Xaçmaz rayonu Ləcət kəndindən gəlib. Və onlar Dia-az.İnfo-ya müraciətlərində əsas problemlərini aşağıdakı kimi sıralayıblar… Ləcət kəndinin mövcud sosial problemləri.

  1. Məhəllə yollarının bərbad vəziyyətdə olması.
  2. İçməli su problemi.
  3. İşıq problemi…

Dia-az.İnfo

Paylaş: