Bir müddət əvvəl Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun rəhbərlik etdiyi qurumda qudalarına yüksək vəzifə verməsi ilə bağlı məlumat yayılmışdı.
“Qaynarinfo” xəbər verir ki, Zaur Mikayılovun özünə müşavir təyin etdiyi qudası Əsəd Şirinov artıq vəzifəsindən istefa verib.
Agentlik sədrinin müşaviri vəzifəsindən Aparat rəhbəri vəzifəsinə təyin etdiyi digər bir qudası Fuad Quliyevin də təyinatı müvəqqəti olaraq dayandırılıb. Artıq ləğv edilən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin saytından da sözügedən vəzifəli şəxslərin adları silinib.
Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mətbuat xidmətindən cavab almaq mümkün olmayıb.
Qeyd edək ki, Z. Mikayılovun iki ildən artıqdır ki, öz qudalarına çalışdığı qurumda vəzifə verdiyi bildirilirdi.
Fotoda Əsəd Şirinov