“Ekologiya postu” kimi tanınan ərazidə tikinti materialları bazarındakı yanğın daha da geniş miqyas alıb.
Mediabiz.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in helikopteri cəlb edilib.
Səhiyyə Nazirliyi tərəfindən hadisə yerinə dörd təcili tibbi yardım briqadası göndərilib. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.
[media=https://www.youtube.com/watch?v=2428PmxuE4U]