Dünya

Gürcü yazıçı: Azərbaycan torpaqlarının işğalı zamanı digər xalqların susması daha böyük fəlakətlərə yol açdı

Ötən əsrin 90-cı illərində Qafqazda yaranmış vəziyyət və Azərbaycan torpaqlarının işğalı təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün ciddinə problemlər yaratmışdı. Qarabağda atılan ilk güllə əslində Azərbaycana qarşı deyil Qafqazda sülhə və təhlükəsizliyə atılmış güllə idi.

Bu sözləri ‘Report”un Gürcüstan bürosuna açıqlamasında gürcü yazıçı-publisist, ictimai xadim İrakli Savliani söyləyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğalı zamanı digər xalqların susması daha böyük fəlakətlərə yol açdı:

“Bu gün Gürcüstan torpaqlarının da işğalının əsası məhz həmin illərdə qoyuldu. Çox təəssüf ki, həmin dövrdə gürcü xalqının nümayəndələrinin səsi eşidilmədi. Bəziləri isə ümumiyyətlə susdular. Bu da daha böyük fəlakətlərə yol açdı”.

O qeyd edib ki, Azərbaycan Prezidentinin qətiyyəti sayəsində 44 günlük müharibədə torpaqların işğaldan azad edilməsi Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsasını qoydu.

“Heç olmasa biz indi bir olmalıyıq və bu sülhü qorumalıyıq. Mən bütün sağlam qüvvələri Azərbaycanın yaratdığı sülhü qorumağa, təhlükəsizliyə töhfə verməyə çağırıram. Cənubi Qafqazda sülh və təhlükəsizlik məhz Azərbaycanın qələbəsi əsasında qoyulub. Bunun qiymətini bilməliyik”, – o deyib.

Yazıçı hazırda Qarabağın bərpası istiqamətində görülən işləri yüksək qiymətləndirib. Qeyd edib ki, Qarabağda həyata keçirilən irimiqyaslı layihələr birdaha sübut edir ki, Qarabağ Azərbaycandır!

Onun sözlərinə görə, bu gün bəzi qüvvələr yenə də bu sabitliyi pozmağa cəhd edirlər. Azərbaycan, Gürcüstan və digər xalqların nümayəndələri birləşməli onlara imkannverməməli və “Qafqaz Evi” ideyasını inkişaf etdirmək lazımdır.

Paylaş: