Cəmiyyət

“Önümüzdəki tədris ili, təhsil sistemi ölkə rəhbərliyi səviyyəsində nəzarətə götürülməlidir” – ÇAĞIRIŞ

2023-2024 tədris ilində məktəblərdə bir çox xoşəgəlməz hadisə oldu. Bəs önümüzə gələn 2024-2025 tədris ili üçün hansı addımlar atılmalıdır. Neqativ halların qarşısını almaq üçün önmüzdəki tədris ili hansı tədbirlər görülə bilər?

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov Sonxeber.az-a açıqlama verib.

Ekspert bildirib ki, məktəblərdə həm təhsil, həm tərbiyə prosesini tənzimləyən hüquqi normativ sənədlərin sıfırın altındadır:

“Ümumitəhsil böyük prosesdir. Ölkədə 1milyon 700 mindən çox şagird var. Ümumitəhsil elə bir sistemdir ki, ölkədə olan hər bir ailəyə bağlıdır. Biz 4400 məktəbə ümumi nəzarət edəcək sistemi yarada bilməmişik. Təhsil sistemi kifayət qədər çətin dövlər keçirdir. Təhsil 90, 2000, 2010 illərdə bu qədər boşluğa düşməmişdir. Bunun əsas səbəbi təhsili idarə edən orqanlarına bu sahəyə bağlı olmayan və təhsil sistemindən anlayışı olmayan insanların kütləvi şəkildə yerləşdirilməsi oldu. Eyni zamanda məktəblərin nizamnaməsi yoxdur. Bu nizamnamənin olmaması məktəblərdə sistemi yarada bilmir. Üçüncü məsələ isə məktəblərdə həm təhsil, həm tərbiyə prosesini tənzimləyən hüquqi normativ sənədlərin sıfırın altında olmasıdır. Elm və təhsil nazirliyi şagird qaydaları yaradmışdı. Deyildi ki, 300 məktəblərdə tətbiq olunur, amma neqativ hallarda məhz o məktəblərdə baş verdi Problem kifayət qədər ciddidir. Ölkə rəhbərliyi səviyyəsində təhsil sistemi nəzarətə götürülməlidir”.

Paylaş: