Çin hakimiyyəti ölkənin şərqindəki Anhoy əyalətində güclü yağışlar səbəbindən təxminən 200 min sakini təxliyə edib.“Zirvə yolu” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.Məlumata görə, fəlakət zonasında 800 mindən çox insan var. Vəziyyət Avrasiyanın ən uzun və ən bol sulu çayı olan Yanszıda suyun səviyyəsinin kəskin artması ilə ağırlaşır. Patrul və bəndlərin möhkəmləndirilməsi üçün təxminən 26 min nəfəri səfərbər edilib.