Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Butembo şəhəri yaxınlığında humanitar yardım karvanı bir qrup gənc tərəfindən hücuma məruz qalıb. “Zirvə yolu” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.Digər mənbələr hücum zamanı iki nəfərin öldüyünü bildirir.Hücumu törədən gənclər yardım karvanını 23 Mart Hərəkatı qrupundan olan milis konvoyu kimi zənn edib.Bundan əvvəl hərəkatın bölmələri Butembodan cənubda üç böyük şəhəri ələ keçirmişdi. Yerli sakinlər üsyançıların Şimali Kivu əyalətinin ən sıx məskunlaşdığı şəhərlərdən birinə hücum edə biləcəyindən ehtiyat edir.