Səhiyyə

AQTA: Heyvan sağlamlığı sahəsində görülən tədbirlər bəhrəsini verir

Son illər Azərbaycanda qida təhlükəsizliyi, həmçinin heyvan sağlamlığı sahəsində həyata keçirilən irimiqyaslı tədbirlər və innovativ yeniliklərin tətbiqi heyvan xəstəlikləri ilə mübarizə sahəsində öz bəhrəsini verir.”Zirvə yolu” xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev zoonoz xəstəliklərlə mübarizəyə həsr olunan beynəlxalq tədbirdə çıxışı zamanı deyib.Onun sözlərinə görə, Azərbaycan da daxil olmaqla regionda qeyri-stabil epizootik statusa malik olması nəzərə alınaraq dabaq xəstəliyinə davamlı nəzarətin təmin edilməsi hədəflərdən biri kimi müəyyənləşdirilib: “Bunun üçün “Dabaq xəstəliyi ilə mərhələli mübarizə planı” üzrə fəaliyyət davam etdirilir. Eyni zamanda bu xəstəlik üzrə nəzarətin gücləndirilməsi və ilkin olaraq peyvəndləmə aparılmaqla azad zonanın yaradılması istiqamətində işlər görülür”.

Paylaş: