İqtisadiyyat Manşet

Azərbaycan sentyabrda Yaponiyada keçiriləcək turizm sərgisində iştirak edəcək

Azərbaycan Yaponiyanın paytaxtı Tokioda keçiriləcək “Turizm EXPO Yaponiya 2024” (TEJ) turizm sərgisində iştirak edəcək.“Zirvə yolu”nun məlumatına görə, artıq bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb. Sərgi sentyabrın 26-29-u tarixlərində baş tutacaq.“Turizm EXPO Yaponiya” Yaponiyanın Səyahət və Turizm Assosiasiyası (JTTA), Səyahət Agentlikləri Assosiasiyası (JATA) və Milli Turizm Təşkilatının (JNTO) birgə təşkilatçılığı ilə keçirilən ölkənin ən böyük səyahət sərgisidir.

Paylaş: