Hazırda Azərbaycanda heyvanlar arasında xüsusi təhlükəli infeksion xəstəlik yoxdur – RƏSMİ
Hazırda Azərbaycanda heyvanlar arasında hər hansı kəskin, xüsusi təhlükəli infeksion xəstəlik mövcud deyil. “Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.Onun sözlərinə görə, Azərbaycan regional olaraq bir sıra xüsusi təhlükəli heyvan xəstəliklərinə görə endemik qeyri-sağlam zonada yerləşir: “Dövlətin dəstəyi ilə müəyyən qanunvericilik çərçivəsində xüsusi təhlükəli xəstəliklərə qarşı planlı tədbirlər həyata keçirilir. Tədbirlərin planlaşdırılması və onların icrasına nəzarəti AQTA, tətbiqi isə Kənd Təsərrüfatı Nazirliyi və onun aidiyyatı qurumları tərəfindən aparılır”.