Cəmiyyət Təhsil

“Pulları Cəsarət Valehovun tapşırığı ilə almışam” – Rahil Nəcəfovun cinayət işi (FOTO)

Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov həbs olunmasında birbaşa nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri işləmiş, hazırda mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışan Cəsarət Valehovu günahkar bilir.

Belə ki, “Unikal”a müraciət edən Rahil Nəcəfovun vəkili Mübariz Yolçuyev hüquqlarını müdafiə etdiyi şəxsin Bakı Ağır Cinayətlər Məhkəməsində Cəsarət Valehovun şahid qismində dindirilməsi ilə bağlı məhkəməyə vəsatət ünvanladığını qeyd edib və bizə Rahil Nəcəfovun öz dəsti-xətti ilə yazdığı vəsatəti təqdim edib. Vəkilin bildirdiyinə görə, Rahil Nəcəfov işə düzəltmək və diplomların tanınması ilə bağlı məbləğlərin hamısını Cəsarət Valehovun razılığı ilə alıb, ancaq sonda Cəsarət Valehov verdiyi sözə əməl etməyib. https://ad.adriver.ru/cgi-bin/erle.cgi?sid=1&ad=735770&w=680&h=110&bt=20&pid=3406055&bn=3406055&rnd=240006221&tail256=unknown

Onu da xatırladaq ki, Rahil Nəcəfov, Gözəl Mustafayeva və Amal Həsənli barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb və onların barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 179-cu (mənimsəmə və ya israf etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Baş Prokurorluğun rəsmi məlumatına görə, Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov Azərbaycan Milli Elmlər Akademiyasının, həmçinin, təhsil sahəsində tanınan 22 əməkdaşın da pulunu mənimsəyib. Həmçinin, Amal Həsənli və Gözəl Mustafayeva vasitəsilə bir çox şəxslərdən pul alıb və onların övladlarını, qohumlarını, tanışlarını Elm və Təhsil Nazirliyində işə düzəltmək, həmçinin, ölkəmizdə tanınmayan xarici universitetlərin diplomlarını Elm və Təhsil Nazirliyində pul müqabilində tanıtdırmaq vədi verib. Rahil Nəcəfovun yazdığı vəsatətdə bir çox başqa məqamlara da toxunulub.

"Pulları Cəsarət Valehovun tapşırığı ilə almışam" - Rahil Nəcəfovun cinayət işi (FOTO)
"Pulları Cəsarət Valehovun tapşırığı ilə almışam" - Rahil Nəcəfovun cinayət işi (FOTO)
Paylaş: