Cəmiyyət

Masallıda 5 yaşlı uşağı avtomobil vuraraq ağır xəsarət yetirib

Masallı rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.”Zirvə yolu”nun məlumatına görə, avtomobil yolu keçən 2019-cu il təvəllüdlü K.F.-ni vurub.Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra o Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin və baş-beyinin əziyi diaqnozları qoyulub.Hadisənin təfərrüatı araşdırılır.

Paylaş: