Dünya

BMT Baş katibi münaqişələrin həllində ŞƏT ilə əməkdaşlığa hazırdır

Birləşmiş Millətlər Təşkilatı (BMT) münaqişələrin həlli və qarşısının alınması məsələlərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığa tam hazırdır.“Zirvə yolu” xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş Qazaxıstanın “Jibek jolı” (“İpək yolu”) telekanalına müsahibəsində deyib.”Biz ilk növbədə münaqişələrin qarşısının alınmasında birlikdə işləyə bilərik. Münaqişələri həll etmək yaxşıdır, amma onlardan çəkinmək daha yaxşıdır. Terrorizmlə mübarizə sahəsində birlikdə işləyə bilərik. Terrorizmlə mübarizə idarəmiz, zorakı ekstremizm və terrorizmlə bağlı problemlərinizlə əlaqədar Şanxay Əməkdaşlıq Təşkilatı ilə tam əməkdaşlıq etməyə hazırdır”, – o vurğulayıb.Beynəlxalq təşkilatın baş katibi qeyd edib ki, BMT və ŞƏT sülhə, dialoqa, problemlərin həllinə, bölünməmiş və parçalanmamış vahid dünyaya baxışa sadiqdirlər. “Düşünürəm ki, BMT-ŞƏT əməkdaşlığı dünyanın müxtəlif bölgələrinin yaxınlaşmasına və fövqəl dövlətlərin bir-biri ilə düşmənçilik etməsi nəticəsində yaranan zərərin məhdudlaşdırılmasına kömək edə bilər. Fövqəl dövlətlər bir-biri ilə düşmənçilik edəndə Qazaxıstan kimi ölkələr çox mühüm rol oynayır. Şanxay Əməkdaşlıq Təşkilatı kimi təşkilatlar münaqişələri həll edə biləcəyimizə əmin olmaq üçün çox mühüm rol oynayır”, – Quterreş əlavə edib.

Paylaş: