İdman

Azərbaycan millisi Avropa çempionatında 3-cü yeri tutub

Azərbaycanın yunan-Roma güləşçiləri U-20 Avropa çempionatında 3-cü yeri tutub.”Zirvə yolu” Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında qitə birinciliyinə yollanan millimiz 4 medal qazanıb.İsmayıl Rzayev (82 kq) gümüş, Tural Əhmədov (60 kq), Məhəmməd Şükürzadə (63 kq) və Ruslan Nurullayev (72 kq) isə bürünc medal əldə edib.Yekunda 93 xal toplayan yığmamız komanda hesabında 3-cü olub.Türkiyə (123) birinci, Gürcüstan (116) isə ikinci yeri tutub.

Paylaş: