Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək. “Zirvə yolu” Federasiyadan verilən məlumata görə xəbər verir ki, imtahanda 7 yaşdan yuxarı, cüdo ilə məşğul olan hər bir idmançı iştirak edə blər.Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.Qeyd edək ki, imtahan iyulun 9-da cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində keçiriləcək.