İqtisadiyyat

Vladimir Putin: “Qətər “Şimal-Cənub” nəqliyyat dəhlizinin iştirakçısı ola bilər”

Qətər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin iştirakçısı ola bilər. “Zirvə yolu” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Qətər əmiri Təmim bin Həməd Əl-Tani ilə görüşündə deyib.“Qətərin “Şimal-Cənub” nəqliyyat dəhlizinə mümkün qoşulması ilə bağlı dialoq aparılır”, – dövlət başçısı V.Putin bildirib.Öz növbəsində əmir qeyd edib ki, Rusiya iqtisadiyyatına və layihələrinə Qətər investisiyalarının həcmi təxminən 13 milyard ABŞ dolları təşkil edir: “Biz bu göstəricini artırmaq niyyətindəyik”.Xatırladaq ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökümətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub.

Paylaş: