Siyasət

Tokayev: Azərbaycanın ŞƏT-lə əlaqələri gücləndirmək səylərinə böyük əhəmiyyət veririk

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iştirakçıları tərəfdaş dövlət kimi Azərbaycanın töhfəsini yüksək qiymətləndirirlər.”Zirvə yolu” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “ŞƏT plus” iclasında çıxışı zamanı deyib.“Biz Azərbaycanın təşkilat ilə əlaqələri gücləndirmək səylərinə böyük əhəmiyyət veririk”, – o bildirib.

Paylaş: