İqtisadiyyat

Cəlilabadda mərci sahələri iki dəfəyə yaxın artırılıb

Cəlilabad rayonunda bu mövsüm mərci sahələri iki dəfəyə yaxın artırılıb. “Zirvə yolu” xəbər verir ki, bu barədə Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.Məlumata görə, bu il 383 hektar sahədə mərci bitkisi əkilib. Ötən il bu rəqəm 216 hektara bərabər olub.Fermerlərin sözlərinə görə, mərci məhsulu Cəlilabadın iqlim şəraitinə uyğun olduğu üçün bu əkinə maraq ildən-ilə artır. Həmçinin mərcinin satış qiyməti də normal olduğu üçün fermerlər bu məhsulunun əkininə daha çox diqqət ayırır.

Paylaş: