Çin “Tianhui 5-02” Yerin uzaqdan zondlama peykini uğurla orbitə çıxarıb.“Zirvə yolu” xəbər verir ki, bu barədə “Zhongguo Hantianbao” qəzeti məlumat yayıb.Qurğunun buraxılışı Tayyuan kosmodromundan (Şansi əyalətinin şimalı) dəyişdirilmiş CZ-6 raketindən istifadə edilməklə həyata keçirilib. Bu, “Long March” tipli daşıyıcı üçün 527-ci buraxılış olub.”Tianhui 5-02″ coğrafi məlumatların ötürülməsi, torpaq siyahıyaalınması və elmi tədqiqatlar üçün istifadə olunacaq.Modifikasiya edilmiş “CZ-6” yeni nəsil ikipilləli ekoloji cəhətdən təmiz raketdir, diametri 4,2 m-dir, uzunluğu 50 m-ə çatır.