Cəmiyyət

Bakıda bu klinika lisensiyasız fəaliyyət göstərir

Bakıda yerləşən özəl klinika lisensiyasız çalışır.

Tribunainfo.az-a məlumat verən bina sakinləri bildiriblər ki, Xətai rayonu, Nəsrəddin Tusi 55 (Amal 2015 yaşayış kompleksi) ünvanında yerləşən “UltraMed” adlı klinika lisensiyasız olaraq fəaliyyət göstərir.

Xatırladaq ki, qanunvericiliyə görə, lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmağa görə hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

Klinikanın mövqeyini işıqlandırmağa hazırıq.

Paylaş: