Xarici İşlər nazirliklərinin məsləhətləşmələri əsasında Azərbaycan və Banqladeş arasında əməkdaşlığın yeni dövrü başlanıb. “Zirvə yolu” xəbər verir ki, bunu açıqlamasında Banqladeşin Azərbaycan üzrə yeni qeyri-rezident səfiri Amanul Haq bildirib.O deyib ki, öz etimadnaməsini Prezidentə təqdim etmək üçün bu günlərdə Azərbaycana səfər edəcək.Keçən ay Azərbaycan və Banqladeş Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin birinci iclasında iştirak üçün Bakıya səfər etdiyini bildirən səfir qeyd edib ki, ikitərəfli münasibətlərin bütün spektri müzakirə edilib: “Siyasi, iqtisadi, ticari, humanitar və digər sahələrdəki əlaqələrə xüsusi diqqət yetirilməklə əməkdaşlığın konkret istiqamətləri müəyyən olunub. Çox uğurlu keçən məsləhətləşmələrdən səmərəli nəticələr gözlənilir. Xarici İşlər nazirliklərinin məsləhətləşmələri əsasında Azərbaycan və Banqladeş arasında əməkdaşlığın yeni dövrü başlanıb”.Qeyd edək ki, Banqladeşin Azərbaycan üzrə səfiri öz səlahiyyətlərini yenidən Türkiyədən icra edəcək.2021-ci ilə qədər Banqladeşin Azərbaycandakı səfirliyinin iqaməti Türkiyədə yerləşib, sonra bu fəaliyyət İrandan icra edilməyə başlanıb.