Manşet Siyasət

Çinli diplomat: Azərbaycan ŞƏT-in mühüm tərəfdaşıdır

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) mühüm tərəfdaşıdır və Çin ölkənin təşkilat çərçivəsində statusunu yaxşılaşdırmaq istəyini dəstəkləyir. “Zirvə yolu” xəbər verir ki, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.“Azərbaycan 2016-cı ildə ŞƏT-in tərəfdaşı olub və təşkilat ailəsinin mühüm üzvüdür. Çin Azərbaycanın ŞƏT ilə əməkdaşlığı gücləndirmək istəyini və bu təşkilatda ölkənin hüquqi statusunun yüksəldilməsini dəstəkləyir”, – o bildirib.D.Tao qeyd edib ki, təşkilatın yaranmasından ötən 23 il ərzində ŞƏT çətin inkişaf yolu keçmiş və ən böyük regional quruma çevrilib: “Qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ŞƏT-ə üzv dövlətlər regional əməkdaşlıq etalonu yaradıblar”.O xatırladıb ki, Çin Sədri Si Cinpin son görüşdə gələcək əməkdaşlıq sahələrinə işarə edib: “Biz dialoq və əməkdaşlıq yolu ilə təhlükəsizlik xəttini saxlamalıyıq. İnkişaf hüququnu, sabitliyi qorumalı, inklüziv olmalı və region daxilində iqtisadi inkişafı stimullaşdırmalıyıq”.

Paylaş: