Manşet Siyasət

Azərbaycan ATƏT/DTİHB və PA-nı növbədənkənar parlament seçkilərinə müşahidə missiyaları göndərməyə dəvət edib

İki gün əvvəl ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyası (PA) sentyabrın 1-də Azərbaycanda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərə müşahidə missiyaları göndərmək üçün Azərbaycandan rəsmi dəvət alıb. “Zirvə yolu” xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat verib. Bildirilib ki, hazırda qurum Azərbaycanın təklifini nəzərdən keçirir.Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Paylaş: