Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilməsi ilə bağlı yerli mətbuatda xəbərlər yayılıb. Yayılan məlumatda o da bildirilir ki, Filarmoniyanın direktoru Xalq artisti Murad Adıgözəlzadə hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Məsələ ilə bağlı Bizim.Media-nın verdiyi sorğuya cavab olaraq Baş Prokurorluğun mətbuat xidməti yayılan xəbəri nə təkzib nə də təsdiq etdi.
Qeyd edək ki, Xalq artisti Murad Adıgözəlzadənin sözügedən quruma nə zaman direktor təyin olunması ilə bağlı internet resurslarında heç bir məlumat yoxdur. O, 2011-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
M.Adıgözəlzadə 2012-ci ildə müğənni Aysel Teymurzadə ilə ailə həyatı qurub. Onların 3 övladı var.
Bu barədə ilk məlumatı demokrat.az yayıb.