Kriminal Təhsil

Bu il 100 bağçada keyfiyyət monitorinqinin aparılması nəzərdə tutulur

Bu il Azərbaycanda 100 bağçada keyfiyyət monitorinqinin keçirilməsi nəzərdə tutulur. “Zirvə yolu” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.O bildirib ki, il ərzində bağçaların fəaliyyəti ilə bağlı monitorinqlər həyata keçirilir.Ötən il 50 bağçada keyfiyyət sisteminin qurulması ilə bağlı beynəlxalq standartlara uyğun olaraq hazırlanmış alətlər əsasında monitorinq aparılıb: “Hazırda həmin bağçalarla keyfiyyət sisteminin qurulması sahəsində işlər görülür. Bu məqsədlə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə seminarlar keçirilib. Qiymətləndirmə ilə bağlı hesabatlar toplanılır. Bu il daha 100 bağçanın monitorinqi aparılacaq”.

Paylaş: