Cəmiyyət

Naxçıvan televiziyasında ŞOK SEKS QALMAQALI: İşə AZƏRTAC QARIŞDI? – BU NƏDİ BELƏ?!

Qadın redaktora işgəncə verməklə onu zorlamağa cəhd etməkdə adı hallanan Naxçıvan Dölvət Televiziyasının baş redaktoru bu gün səhər işdən qovulub. Lakin, yerli rəhbərlikdən gələn göstərişdən sonra, o dərhal işinə bərpa olunub. Bu haqda „Gündəlik Naxçıvan“a Ali Məlcisdəki mənbə məlumat verib. Qərarın dəyişdirilməsində həm də AZƏRTAC-ın rolunun olduğu bildirilir. Təcavüzdə adı hallanan baş redaktor həm də bu qurumun Naxçıvan üzrə bölgə müxbiridir.
Mənbənin bildirdiyinə görə, bu yaxınlarda baş vermiş hadisə „Gündəlik Naxçıvan“da işıqlandırıldıqdan sonra televiziya rəhbərliyi yığıncaq keçirməyə qara verib:
„Bu gün səhər tezdən yığıncaq keçirilib. Direktorun təklifi ilə baş redaktor işdən çıxarılıb və qərar Ali Məlcisə təqdim olunub. Lakin, burada aparılan müzakirələrdən sonra qərar geri qaytarılıb. İşə geri qaytarılmaq ilə bağlı göstərişin niyə verildiyini dəqiq bilmirəm. Ancaq, danışılırdı ki, onu işdən çıxarmaq dövlət oqanıında qadına qarşı əxlaqsızlıq və təcavüzün baş verdiyinin etirafıdır və bu da Naxçıvanın adına ləkə gətirər. Eşitdiyimə görə, AZƏRTAC-dan da bununla bağlı zəng olunub“.
Məsələnin dəqiqləşdirilməsi üçün adı çəkilən televiziya ilə əlaqə saxladıq. Adının çəkilməsini istəməyən direktor müavinlərindən biri məsələ ilə bağlı bu gün qərar verildiyini təsdiqləsə də, ətraflı danışmaq istəmədi.

Paylaş: