Dünya

Çox dəyərli qələm ustası, hörmətli Arif Baratzadə ! 45-dən 50-yə gedən yolunuz işıqlı olsun!

Yaş psixi vəziyyətdirZaman mütləq uçur. 
Doğum gününüz mübarək, Arif müəllim!
Bu gün “Zirveyolu.info” və “Azerinews.az” saytlarının baş redaktoru, jurnalist “Qızıl qələm” mükafatı laureatı gözəl və dəyərli insan Arif Baratzadənin doğum günüdür. Bu gün Arif  müəllim üçün, həm də ona görə əlamətdardır ki, gəncliyinə vida demək yaşlarında, müdrikləşmək astanasındadır, yarım əsr ömrünə əsrin 20/1 qalıb. Arif müəllimin 45 illik yubileyidir.
Zamanı insanın əlindən heç bir qüvvə ala bilməz. Çünki zaman insanın ritmindədir.
Əksinə, insan söz, jurnalistika  sənətini zamanın dinamikasında hərəkətə gətirərək bir anlamda onu öz ritminə qoşa bilir. Yəni, mətbuat zamanı əldən almır, zaman mətbuatı insanın ritmində yaşadır. İnsan həm zamanla irəliləyərək ömrünü tükətməklə, həm də sevdiyi peşə ilə məşğul olaraq, zamanı aldatmaqla məşğuldur. Zaman elə bilir ki, sən onun necə keçdiyini anladıqca nigarançılıqdan əzab çəkirsən, lakin insan bu sənətin sehrində tilsimləndikcə zamanın necə keçdiyinə əhəmiyyət vermir, zamanı aldadır. Arif Baratzadə sevdiyi sənətlə məşğul olaraq zamanın ritmində yaşayan qələm adamıdır.
Hər yaş öz hesabat dönəmi ilə yadda qalır. Kimi məhsuldar, kimi sadəcə sükutla keçir bunu…
Hər kəsin bir ömrü var. Hər kəs öz ömrünü əməlləri ilə zamanın anlarına həkk edir. Kimi yaradır, kimi dağıdır. Hesabatı isə insan bir kərə verir. Əbədiyyətə qovuşduqdan sonra. O dünyada Allahına, bu dünyada zamana…
llər Arif Baratzadəyə  nə verdi?
– İllər Arif müəllimə Allahın 1979-cu ildən bu günə qədər bəxş etdiyi 45 illik bir zaman orbitində sevincli, kədərli, ağrılardan, acılardan, bəzən rəvan, bəzən sıldırımlardan keçən, nəticədə zəngin və dolğun, mənəvi rahatlıqla dolu bir ömür yolunu isbatladı. İllərin fəsillərində gah üşüdü, gah isindi Arif Baratzadə. Lakin üşüyə-üşüyə, isinə-isinə mənəvi qazanc sahibinə çevrildi.

Müasir dövrün insanı istənilən məsələyə bir az loyal yanaşır. Bu səthi və soyuqqanlılıq Arif müəllimə yaddır…
İnsanın daşıdığı ad çox zaman və qabaqcadan onun xarakterini müəyyənləşdirir. Bu mənada haqqında söz açdığım,  jurnalist Arif Baratzadə adı ilə, yaşayıb yaratdığı mənalı ömür yolunun dəyəri, qiyməti, etibarı, hörmət və ləyaqəti tam olaraq bir-birini tamamlayır. Arif  ismi anlayan, qanan mənası daşıyır.  Anlaqlı olmaq,  mühafizə etmək ilahinin insana bəxş etdiyi ən böyük nemətdir. Büllur kimi saflığı, müdrik tövsiyələri, təmənnasız xidmətləri, zəngin mənəvi keyfiyyətləri və qələmi ilə mətbuatın yoluna işıq salan Arif Baratzadə söz adamıdır.  Bu dünyada saf sözün qaldırdığı məqamdan böyük ucalıq yoxdur.
Çox dəyərli qələm ustası, hörmətli Arif Baratzadə ! 45-dən 50-yə gedən yolunuz işıqlı olsun. Qəlbinizin nuru, cöhrənizin təmizliyi, gözlərinizin saflığı kimi.
Bu münasibətlə yubliyarı təbrik edir, ona uzun ömür, can sağlığı və firavan həyat arzulayırıq. Qoy bu ad günü illərin istəmədiyi, yolların yorulmadığı, dostların unutmadığı bir həyat üçün başlanğıc olsun, yeni yaşınız mübarək.

Paylaş: