Cəmiyyət

Abel Məhərrəmovun “EL FARO” istahət mərkəzinin hovuzunda uşaq boğulub öldü

Xəbər verdiyimiz kimi “El-Faro” istirahət və əyləncə mərkəzində bədbəxt hadisə baş verib.

Ailəsi ilə istirahətə gedən  13 yaşlı Etibar Böyükağa oğlu Həsənli istirahət mərkəzinin böyüklər üçün nəzərdə tutulmuş hovuzunda boğularaq ölüb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

XALQ.AZ-ın əldə etdiyi məlumata görə, “El Faro” istirahət mərkəzi Bakı Dövlət Universitetinin keçmiş rektoru, sabiq deputat Abel Məhərrəmovundur.

Mətbuatda gedən məlumatlara görə, “El faro” istirahət mərkəzi BDU-nin keçmiş rektorun qızının adına rəsmləşib . İstrahət mərkəzini isə qardaşı idarə edir. 200 hektar ərazidə yerləşən obyektin 60 milyon manat dəyərində olduğu iddia edilir.  Abel Məhərrəmov məxsus olan “El-Faro” istirahət mərkəzi  ispanca tərçümədən “Fənər” adlanır. Qeyd edək ki, Abel Məhərrəmovun oğlu  Anar Məhərrəmov İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışarkən şərab biznesi ilə gündəmə gəlmişdir. Hal-hazırda Anar Məhərrəmov Azərbaycanın Estoniyada səfiridir.

Məlumatlara əsasən  “İzabella” və “Mona Liza” şadlıq saraylarıda Abel Məhərrəmovun oğluna məxsus olduğu bildirilir.

XALQ.AZ

Paylaş: