Cəmiyyət

Naftalanın icra başçısına YENİ VƏZİFƏ VERİLİR… – İDDİA

Naftalan şəhər icra başçısı Vüqar Novruzov paytaxtın Nəsimi rayonuna rəhbər gətirilir. Tribunainfo.az-ın xəbərinə görə, Nəsimi İH başçısı Asif Əsgərovun hakim partiyadan deputatlığa namizəd irəli sürülməsindən sonra onun yerinə təyinat müzakirə olunub. Müzakirələr zamanı Naftalan şəhər başçısı Vüqar Novruzovun təqdimatı verilib və Nəsimi İH rəhbəri təyin olunması tövsiyə edilib. Qeyd edək ki, V. Novruzov Naftalan şəhərinə 2019-cu ildə icra başçısı təyin olunub. O, hakim partiyanın üzvüdür. Buna qədər PA-da vəzifə tutub, sonra Xəzər İH-də başçı müavini olub.

Paylaş: