Cəmiyyət

“Natiq Ağayevin qəbulunda olmuşuq, müraciətlər etmişik hər dəfə də…” – GİLEY

Yəhudilərin Göyçay rayonunun Ərəbcəbirli kəndində çəkdiyi yolu Su-Kanal İdarəsi yararsız hala salıb.
Bu barədə Gununsesi.info-ya adıçəkilən kəndin sakinləri adından Xasıyev Sadəddin Nizam oğlu göndərdiyi şikayətdə yazıb.
Onun sözlərinə görə, həmin kənddə yəhudi məzarlığı olduğundan imkanlı yəhudilər kənd yolunu asfalt edib: “Ancaq Su-Kanal İdarəsi həmin yolu yararsız duruma saldı. Üzləşdiyimiz problemin aradan qalıdırlması üçün Göyçay Rayon İcra Hakimiyyəti Başçısı Natiq Ağayevə dəfələrlə müraciət etsək də heç bir tədbir görmək istəmir.Hətta bir dəfə icra başçısı ərazidə olarkən baxış keçirib, yaranmış acınacaqlı mənzərəni görmüşdür.

Belə ki, bizim yaşadığımız küçənin yoluna bir neçə il bundan əvvəl yəhudilər öz vəsaitləri hesabına asfalt çəkdirdilər.Çünki bizim küçənin sonunda yəhudi qəbirstanlığı var. Bundan az sonra su çəkilməsi adı ilə Su-kanal İdarəsi orada qazıntı ilşəri apararaq yolu tamamilə dağıdıb. Həmçinin yaxınlıqda olan dərəyə görə yağan yağışın suları mənim və qonşuların həyətinə dolur, küçə tamamilə keçilməz olur.
Dəfələrlə icra başçısı Natiq Ağayevin qəbulunda olmuşuq, müraciətlər etmişik hər dəfə problemin həll ediləcəyinə söz versə də heç bir tədbir görməyib. Kənd icra nümayəndliyi və bələdiyyəsi isə vəsaitlərinin olmadığını bildirirlər.
Hazırda yağan yağışlar mənim, qonşuların həyətinə və evlərin altına dolub deyə uçma təhlükəsi ilə üz-üzə qalmışıq.Həyat və sağlamlığımız ciddi təhlükə altındadır”.

Paylaş: