Cəmiyyət

Antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Bizimyol.info xəbər verir ki, Agentliyin 1003 Çağrı Mərkəzinə daxil olan müraciət əsasında AQTA əməkdaşları Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi 31 ünvanında fəaliyyət göstərən fiziki şəxs İsmayılova Xalidə Müzəffər qızına məxsus çörək istehsalı müəssisəsində reyd keçiriblər.

Reyd zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçirilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qüvvədə olan normativlərə cavab vermədiyi, xammalın saxlanma rejiminə, eləcə də, temperatur və rütubət rejiminə düzgün əməl olunmadığı aşkarlanıb.

Müəssisədə istifadə olunan sobanın, işçi masaların, tənəkə altlıqların, qabların, alət və ləvazimatların və çörək yığılan rəfin istismar müddətinin bitdiyi və onların təmizlənməsinin, dezinfeksiyasının normalara uyğun olaraq aparılmadığı, deratizasiya və dezinseksiya tədbirlərinin vaxtaşırı həyata keçirilmədiyi aşkar edilib.

Aşkarlanan pozuntulara uyğun olaraq qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Çörək sexi

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir