8 saylı Binəqədi Seçki Dairəsindən namizəd olan Müsavat Partiyasından Mustafa Hacıbəyli rəqibi Azay Quliyevi debata çağırıb.
Tribunainfo.az xəbər verir ki, o, bu barədə öz səhifəsində yazıb:
“Azərbaycanda ən çox namizədin qeydə alındığı seçki dairələrindən biri 8 saylı Binəqədi birinci Seçki Dairəsidir. 12 namizəd var və bu günlərdə keçirilən sorğular onu göstərir ki, indiki deputat və növbəti dönəm üçün də iqtidarın namizədi olan Azay Quliyev heç ilk beşlikdə yoxdur.
Dairədə olan bütün namizədləri əməkdaşlığa çağırıram.
Azay Quliyevi isə debata çağırıram. Ona sual verəcəm, necə oldu ki, Əli Həsənovun sağ əli idin, amma o vurulandan sonra da iqtidar düşərgəsində qala bildin? Adam dostlarına sadiq qalmazmı? Əgər bu suala cavab versə, maraqlı debat alınacaq”.