Cəmiyyət

Fermerlər Şərurun icra başçsını İTTİHAM EDİR – “Baçşı Kamal Cəfərov isə göstəriş verib ki…”

Şərur rayonunu suvarma suyu ilə təmin edən Arpaçay dəryaçası dolub-daşsa da, quraqlıqdan məhv olmaq üzrə olan minlərlə hektar əkin sahəsinə su verilmir. Yerli əkinçilər “Gündəlik Naxçıvan”a bildirirlər ki, bu tapşırıq yerli icra başçısından gəlib. Məqsəd isə, məhsul qıtlığı yaradıb, bazarda monopoliyanı ələ keçirməkdir. Əkinçilər bununla bağlı səlahiyyətli nümanəydə Fuad Nəcəfliyə şikayət etsələr də, tədbir görülmədiyini bildirirlər.
Fermer Hüseyn Qurbanov deyir ki, sudan yalnız yerli məmurlar istədikləri kimi istifadə edə bilirlər:
“Bu il kifayət qədər yağıntı düşüb. Dəryaçada su ehtiyatı 100 faizdir. Hazırda normal şəkildə su axını da davam edir. Demək olar ki, nə qədər su daxil olursa, o qədər da dəryaçadan çıxır. Baçşı Kamal Cəfərov isə göstəriş verib ki, quraq illərdə olduğu kimi su qrafikə salınsın və 15-20 gündə bir verilsin. 35-40 dərəcə istidə isə, əkdiyimiz bostan və digər tərəvəz məhsulları ən azı həftədə bir dəfə suvarılmalıdır. Kifayət qədər su varkən, əkinlərimiz qəsdən yandırırlar. Məmurların əkin sahələrinə isə, demək olar ki, hər gün su buraxılır. Bir də rüşvət verənlər vaxtında suvara bilirlər. Rüşvəti elə qaldırıblar ki, alıb suvarmağa dəyməz. Bir neçə gün də belə davam etsə, əkinlər tamamilə yanacaq, ziyana düşəcəyik”.
Digər fermer Natiq Əliyev hesab edir ki, icra hakimiyyəti onların əkin sahəsini qəsdən qurudur. Məqsəd isə, məhsul qıtlığı yaradıb, öz mallarını baha qiymətə satmaqdır:
“Suyu qrafikə salmaqla insanları asılı vəziyyətə salıblar. Deyirsən su verin, deyirlər başçı icazə vermir. İcra Hakimiyyətinə müraciət edirsən, deyirlər ki, “qrafikdir, növbən çatanda suvararsan”. Bunlar hamısı qəsdən edilir. Məhsul bol olanda, ucuzluq olur. Bu da onlara sərf eləmir. Bizim məhsulları susuz saxlayıb, məhv etməklə, qıtlıq yaradıb, öz mallarını baha satmaq istəyirlər. Səlahiyyətli nümayəndə də bunları bilir. Lakin, əlbirdilər deyə, özü şərait yaradır. Kəndlərdə hamı narazılıq edir. Onsuz da sosial vəziyyəti ağır olan kənlini dövlətdən bir az da incik salırlar. Xahiş edirik ki, aidiyyəti qurumlar təcili tədbir görsünlər”.

Paylaş: