Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Yeni il bayramı ilə bağlı tapşırıq verib.
Oxu.Az-ın məlumatına görə, E.Mirzəyev Fövqəladə Hallar Nazirliyində keçirilən əməliyyat müşavirəsində bildirib ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi və yanğından mühafizə işinin səmərəliliyinin daha da artırılması vacibdir.